Tayvan sularında 295 MVt gücündə külək elektrik stansiyası inşa olunacaq

image

Tayvan sularında 295 MVt gücündə külək elektrik stansiyası inşa olunacaq.

"Berpaolunanenerji.az"ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, stansiya Çanxua sahillərinə yaxın qurulacaq.

Layihə "China Steel Corporation" və "Copenhagen Infrastructure Partners" tərəfindən reallaşdırılacaq.

Dənizdə inşa olunacaq külək fermasında, 31 ədəd olmaqla hər birinin gücü 9,5 MVt olan "Vestas" şirkətinin V174 turbinləri quraşdırılacaq.

Stansiya 300 min ev təsərrüfatını təmin etmək üçün təmiz enerji istehsal edəcək.

Qeyd edək ki, "Vestas" iyirmi ildən artıqdır ki, Tayvanda fəaliyyət göstərir. Bu sifarişlə şirkət Tayvanda dənizdə külək enerjisi sifarişini demək olar ki, 900 MVt-a çatdıracaq. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *