Türkiyənin Enerji Sənayeçiləri və İş Adamları Assosiasiyası (ENSIA) ilə Tayvan Külək Enerjisi Assosiasiyası (TwnWEA) bərpa olunan enerji investisiyalarını artırmaq üçün əməkdaşlıq edəcək.
Renewables.az ENSIA-ə istinadla xəbər verir ki, hər iki təşkilat bununla bağlı Anlaşma Memorandumu imzalayıb.
Bərpa olunan enerji sektoruna, xüsusilə dəniz külək enerjisinə investisiyaları ilə diqqət çəkən Asiya ölkəsi Tayvan türk sərmayədarları üçün əhəmiyyətli bir potensial vəd edir. Ankaradakı imzalanan müqavilə çərçivəsində dənizdə külək enerjisi üzrə 20 QVt qoyuluş gücünə sahib Tayvan ilə investisiya imkanları qiymətləndiriləcək.
Türk sərmayəçilərinə xüsusilə təmiz enerji sektorunda əhəmiyyətli imkanlar təqdim edən əməkdaşlıq müqaviləsi iki ölkə arasında investisiya imkanlarını daha yaxşı tanıtmağı hədəfləyir.
Qeyd edək ki, Türkiyə dənizdə külək enerjisi üzrə 70 qiqavat potensiala malikdir.
Rəylər (0):