Tayvanda 2 QVt gücündə "Formosa 3" külək layihəsi reallaşdırılacaq

image

"TotalEnergies" və "Corio Generation" şirkətləri Tayvanda 2 QVt gücündə dənizdə külək elektrik stansiyası inşa edəcək.

"Renewables.az" xəbər verir ki, bu barədə "TotalEnergies" məlumat yayıb.

Məlumata görə, hər iki şirkətin birgə layihəsi olan "Formosa 3" dənizdə külək elektrik stansiyaları çərçivəsində müqavilə imzalanıb. Müqaviləyə əsasən, "Corio" layihədə 50 % və 10 səhmlə əsas səhmdar və aparıcı tərtibatçı olacaq.

"Formosa 3" layihəsi Tayvanın mərkəzi-qərb sahilindəki Çanxua əyalətində təklif olunan üç külək elektrik stansiyasından - "Haiding" 1, 2 və 3-dən ibarətdir. Layihə 2018-ci ildə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədini alıb və təsdiqlənmiş gücü təxminən 2 QVt təşkil edir.

Külək enerjisi inkişafının Tayvanın yaşıl enerjiyə keçidlə bağlı iddialı planlarına töhfə verəcəyi gözlənilir. Gələcək investisiyalar tərəfdaşların layihə paylarına mütənasib olaraq həyata keçiriləcək.

Qeyd edilir ki, "Haiding 2" külək elektrik stansiyası keçirilmiş auksiona əsasən, 600 MVt gücündə olacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *