Tayvanda 376 MVt gücündəki "Formosa 2" külək parkının rəsmi açılışı olub

image

Tayvan sahillərindən 4 kilometr aralıda yerləşən 376 MVt gücündə "Formosa 2" külək parkının rəsmi açılış mərasimi keçirilib.

Renewables.az Offshore Wind portalına istinadla xəbər verir ki, stansiya təxminən 380 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin edə biləcək.

Dənizdə külək parkında "Siemens Gamesa"nın istehsalı olan, 8 MVt-lıq "SG 8.0-167 DD" külək turbinləri bu ilin yanvarın 31-dək quraşdırılıb və mart ayında şəbəkəyə qoşulub.

"Formosa 2" külək parkı keçən ay ilk dəfə olaraq tam gücü ilə elektrik enerjisi istehsal edib və bütün sınaq işləri başa çatdıqdan sonra rəsmi açılışı baş tutub.

"Formosa 2" JERA (49 faiz), Macquarie Asset Management-in Yaşıl İnvestisiya Qrupu (26 faiz) portfel şirkəti Corio Generation və Synera Renewable Energy-nin (25 faiz) birgə layihəsidir.

Qeyd edək ki, "TotalEnergies" və "Corio Generation" şirkətləri Tayvanda 2 QVt gücündə "Formosa 3" dənizdə külək elektrik stansiyası inşa edəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *