Təbriz Əmmayev "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisində çıxış edib – FOTO

image

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev Bakı Ekspo Mərkəzində “Rebuild Karabakh - 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisi çərçivəsində “Qarabağın enerji potensialı - azad olunmuş bölgələrdə yaşıl energetikanın inkişaf imkanları, regionun müharibə sonrası bərpası” mövzusunda keçirilən panel müzakirəsində çıxış edib.

"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə Agentlik özünün feysbuk səhifəsində məlumat yayıb.

Təbriz Əmmayev çıxışı zamanı işğaldan azad olunmuş ərazilərdə yüksək bərpaolunan enerji - külək, günəş, hidro, geotermal enerji potensialının olduğunu vurğulayıb.

O, həmçinin bildirib ki, hazırda Qarabağda külək, günəş və su elektrik stansiyalarının tikintisi ilə bağlı beynəlxalq şirkətlərlə danışıqlar aparılır.

Qeyd edək ki, “Caspian Event Organisers”in (CEO) təşkilatçılığı, Qarabağ Dirçəliş Fondu, KOB Azərbaycan və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu - AZPROMO-nun dəstəyi ilə Bakı Ekspo Mәrkәzində keçirilən “Rebuild Karabakh” - 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində dünyanın 17 ölkəsindən 300-ə yaxın şirkət təmsil olunub, eləcə də, Azərbaycanın dövlət və özəl sektoru rəsmiləri iştirak edib.


 

Renewables.az Renewables.az

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *