Fransanın "Total Energies" enerji şirkəti Almaniyanın ərazi sularında 2 000 MVt və 1 000 MVt gücündə iki külək elektrik stansiyası quraşdıracaq.
Renewables.az xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın enerji bazarını tənzimləyən agentliyi olan Bundesnetzagentur Federal Şəbəkə Agentliyinin məlumatına görə, ümumi gücü 7 000 meqavat olan dörd dənizdə külək elektrik stansiyası üçün tender keçirilib. Adı çəkilən tenderlərlə Şimal və Baltik dənizlərində 14 milyard dollarlıq külək layihələri inşa ediləcək.
"Total Energies" tenderlə 3 000 meqavatlıq (3 QVt) dəniz külək enerjisi layihələrini qazanıb. Açıqlamaya görə, güzəştlər 25 il müddətinə qüvvədə olacaq və bu müddət 35 ilə qədər uzadıla bilər. 2 000 MVt və 1 000 MVt gücə malik bu iki külək elektrik stansiyası 3 milyondan çox ev təsərrüfatının elektrik enerjisinə olan ehtiyacını qarşılaya biləcək.
Bundan əlavə, şirkət dəniz mühitinin qorunması və ekoloji cəhətdən təmiz balıqçılığın təşviqi üçün hökumətə 582 milyon avro ödəyəcək.
Qeyd edək ki, Almaniya 2030-cu ilə qədər dənizdə 20 min MVt gücündə külək elektrik stansiyaları qurmağı hədəfləyir. Xatırladaq ki, keçirilən tenderlərdə bp Almaniyanın ərazi sularında hər birinin gücü 2 000 MVt olan iki külək elektrik stansiyası quraşdıracaq.
Rəylər (0):