2021-ci ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2639,03 mln. kVt-saat, ixracı 153,5 mln. kVt-saat, idxalı 11,2 mln. kVt-saat olub.
Bu barədə "Berpaolunanenerji.az" energetika nazirliyinə istinadən xəbər verir.
Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2021-ci ilin yanvar-iyul aylarında Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) 125,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib, bu da illik müqayisədə 2,2 % artım deməkdir.
Qeyd edək ki, ötən il zavod 200,6 mln. kVt-saat, yanvar-iyul aylarında isə 122,5 mln. kVt-st elektrik enerjisi istehsal edib.
Xatırladaq ki, BMTYZ 2012-ci ilin dekabrında istifadəyə verilib. 20 hektar ərazidə inşa olunan zavodun illik emal gücü 500 min ton məişət və 10 min ton tibbi tullantı təşkil edir.
Rəylər (0):