Türkiyənin ilk dənizdə külək enerjisi layihələri üçün texniki işlərin 2024-cü ildə başlayacağı gözlənilir.
Renewables.az-ın məlumatına görə, bu barədə Dəniz Külək Enerjisi Dərnəyi (DÜRED) İdarə Heyətinin sədri Dr. Murat Durak Anadolu Agentliyinə açıqlayıb.
“Bandırmada 1111, Bozcaadada 299, Geliboluda 75,6, Karabiga sahilində 410 kvadrat kilometr ərazi dəniz külək enerjisi üçün ayrılıb. Dənizdə texniki tədqiqatlar 2024-cü ildə başlaya bilər. Dənizdə külək enerji layihələri üçün Bərpa Olunan Enerji Resurslarına Dəstək Mexanizmi (YEKDEM) baza qiyməti kilovat-saat üçün 6,75 sent/dollar olaraq müəyyən edilib”, - deyə o əlavə edib.
Dr. Murat Durak onu da bildirib ki, Türkiyədə 2035-ci ilə qədər dəniz külək enerjisinin 5 qiqavata çatdırılması hədəflənir.
Qeyd edək ki, avqust ayında Türkiyənin Energetika və Təbiii Sərvətlər Nazirliyi Bandırma, Bozcaada, Gelibolu və Karabiga sahillərində bərpa olunan enerji sahəsinin (YEKA) ayrıldığını bildirib.
Rəylər (0):