Türkiyə "Hidrogen Texnologiyaları Strategiyası və Yol Xəritəsi"ni açıqlayıb.
"Renewables.az" xəbər verir ki, bu barədə ölkənin Enerji və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, yaşıl hidrogen istehsalında elektrolizatorun quraşdırılmış gücü 2030-cu ildə 2 QVt, 2035-ci ildə 5 QVt, 2053-cü ildə isə 70 QVt-a çatacaq. Hidrogen istehsalının hər kiloqramının dəyəri isə 2035-ci ilə qədər 2,4 dollara düşəcək, 2050-ci ildə bu rəqəm yarıya enəcək.
Xatırladaq ki, Türkiyə Milli Enerji Planına görə, ilkin enerji istehlakında bərpa olunan enerji mənbələrinin payı 2035-ci ildə 23,7 % olacaq. Elektrik enerjisi quraşdırılmış gücü 2035-ci ildə 189,700 meqavata yüksələcək. Bu artımda bərpa olunan mənbələrin payı 74,3 % təşkil edəcək. 2035-ci ildə günəş enerjisinin qoyuluş gücü 52,900 MVt-a, külək enerjisinin 29,600 MVt-a, hidroenerjinin 35,100 MVt-a, geotermal və bioenerjidə isə 5,100 MVt-a yüksələcək.
Rəylər (0):