Türkiyədə ilk dəfə "karbon neytral" günəş panelləri istehsal olunacaq

image

Türkiyənin "Kalyon PV - Günəş Texnologiyaları Fabriki"ndə ilk dəfə olaraq "sıfır karbon"lu günəş panelləri istehsal olunacaq.

Renewables.az şirkətin yaydığı məlumata əsasən xəbər verir ki, bununla bağlı "Kalyon Enerji" tərəfindən qurulacaq günəş elektrik stansiyasının (GES) inşası ilə əlaqədar "Inogen" ve "GE Vernova" ilə müqavilə imzalanıb.

Müqaviləyə görə, Şanlıurfada 158 MVtp gücündə günəş elektrik stansiyası inşa ediləcək. Stansiyada istehsal olunacaq günəş enerjisi günəş panelləri istehsalı fabrikinin elektrik enerjisini qarşılayacaq.

GES-in tikintisinə 100 milyon dollar investisiya qoyulacaq. Tikintidə "Kalyon PV" fabrikində istehsal olunacaq 300 min ədəd paneldən istifadə olunacaq. Stansiyada illik 310 milyon kVt-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 200 min ton CO2 emissiyasının qarşını alacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *