Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi Bərpa Olunan Enerji Mənbələri Əraziləri (YEKA) çərçivəsində Marmara sahillərindəki 4 ərazini dənizdə külək enerjisi sahəsi kimi YEKA-ya namizəd olaraq təyin edildiyi açıqlayıb.
Renewables.az xəbər verir ki, Nazirliyin internet saytında yer alan açıqlamada Bandırma (111 km2), Bozcaada (299 km2), Gelibolu (75,6 km2) və Karabiga (410 km2) ərazilərilərindəki 4 dəniz sahəsi külək enerjisi əraziləri olaraq müəyyən edilib.
Bildirilir ki, bu ərazilərdə araşdırmalara başlanılıb. Bundan əlavə, texniki, hüquqi, iqtisadi təhlillər və potensialın müəyyənləşdirilməsi üzrə işlər tamamlanacaq.
Qeyd edək ki, Türkiyədə 2035-ci ilə qədər külək enerjisinin 5 qiqavata çatdırılması planlaşdırılır. Türkiyənin dənizdə külək enerjisi potensialı 70 qiqavatdır (Azərbaycanda bu rəqəm 157 qiqavatdır). Ege və Marmara sahilləri dənizdə külək enerjisi potensialı ən yüksək olar ərazilərdir.
Rəylər (0):