Türkiyədə külək enerjisi istehsalı ümumi elektrik enerjisi istehsalının 28 faizini təşkil edib.
Renewables.az Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, rekord istehsal cari ilin 7 yanvar tarixində qeydə alınıb. Belə ki, külək enerjisi istehsalı 218 milyon kVt-saat təşkil edib ki, bu da rekord istehsaldır.
Energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “CNN Türk” telekanalına açıqlamasında bildirib ki, Türkiyə 30 il ərzində enerji idxalından tamamilə müstəqil olmaq niyyətindədir.
Nazirin fikrincə, binaların damında günəş panelləri quraşdırmaq mümkündür: “İstifadə etmədikləri enerjini sata bilərlər. Elektrik hasil edirsiniz, qurğunuz eyni zamanda depodur, orada ehtiyat toplaya bilərsiniz – hər şey bir-birinə bağlıdır. Bəlkə də, qurğunuzdakı elektriki şəbəkəyə ötürə biləcəksiniz”.
Rəylər (0):