“Böyükşor” gölündə isə Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində 100 kVt gücündə üzən günəş elektrik stansiyasının tikilməsinə başlanılıb.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu haqda energetika naziri Pərviz Şahbazovun "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd edilib.
Stansiyanın növbəti ilin əvvəlində istismara verilməsi planlaşdırılır.
Ümumilikdə, “Böyükşor” gölündə 50 MVt gücündə üzən fotovoltaik stansiya üçün texniki-iqtisadi əsaslandırma, biznes modellərin seçilməsi və bərpaolunan enerji mənbələri üzrə tarifin qiymətləndirilməsi hesabatları hazırlanıb. Bununla yanaşı, gələcəkdə su obyektləri üzərində iri həcmli layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparılır. Bu məqsədlə ölkə üzrə su hövzələrinin məlumat bazası yaradılıb və 19 su obyektinin enerji potensialı hesablanıb.
Rəylər (0):