Vasif Talıbov: “Məqsəd istifadə olunan elektrik enerjisini 100 faiz bərpaolunan enerji hesabına ödəməkdir”

image

"Yeni Günəş Elektrik Stansiyası yeni iş yerlərinin yaradılması, yeni mütəxəssislərin formalaşması və ucuz qiymətə başa gələn enerji istehsalı deməkdir. Gələcəkdə də muxtar respublikanın çay sularından istifadə olunmaqla su, əkinəyararsız ərazilərdə isə günəş və külək elektrik stansiyalarının qurulması davam etdiriləcəkdir". 

“Berpaolunanenerji.az” xəbər verir ki, bu sözləri Şərur rayonunun Zeyvə kəndində yeni günəş elektrik stansiyasının istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib.

Ali Məclisin Sədri deyib: “Məqsəd istifadə olunan elektrik enerjisini 100 faiz bərpaolunan enerji hesabına ödəməkdir. Muxtar respublika elektrik enerjisi ilə nəinki özünü təmin edə bilir, eyni zamanda İran İslam Respublikası ilə elektrik enerjisi mübadiləsi də həyata keçirilir. Elektroenergetikanın inkişaf etdirilməsi digər sahələrin də inkişafına səbəb olacaqdır. Ən əsası isə sənaye inkişaf edəcək ki, bu da muxtar respublikanın ümumi inkişafına öz töhfəsini verəcəkdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *