Vatikanda günəş panelləri quraşdırılır

image

Vatikan muzeylərində günəş panelləri quraşdırılır.

Renewables.az NBC News-a istinadla xəbər verir ki, elektrik enerjisindən istifadənin rasionallaşdırılması məqsədilə Vatikan muzeylərinin və anbarların damında fotovoltaik sistemlər yaradılır.

Həmçinin xidməti və digər avtomobillərin elektrik enerjisi ilə doldurulması sistemləri də quraşdırılır. Artıq elektromobillər üçün 35 enerji doldurma məntəqəsi yaradılıb. Bundan başqa, Müqəddəs Pyotr meydanında və bazilikalarda enerji səmərəli LED lampalar quraşdırılır.

Məlumatda qeyd edilib ki, layihə çərçivəsində 2 400 günəş paneli quraşdırılıb və dəyəri 1,5 milyon dollardır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *