Danimarkanın külək turbini istehsalçısı “Vestas Wind Systems” şirkəti, “Taaleri Energia”nın Finlandiyada inşa edəcəyi 126 MVt gücündəki “İsoneva” Külək Elektrik Stansiyasını (KES) turbinlərlə təmin edəcək.
“Berpaolunanenerji.az” şirkətin saytına istinadən xəbər verir ki, KES-də 6 MVt gücündəki V162 model turbinlər quraşdırılacaq.
Külək turbinlərinin 2022-ci ilin ilk yarısında təhvil veriləcəyi planlaşdırılır.
“İsoneva” KES-in 2022-ci ilin sonunda elektrik istehsalına başlayacağı bildirilir.
Qeyd edək ki, "Vestas" bu ilin ilk yarısında “Murtotuli” KES layihəsi üçün “Taaleri Energia” şirkətindən 126 MVt-lıq turbin sifarişi alıb.
Rəylər (0):