Vətəndaşlar evlərinin damlarında günəş panelləri yerləşdirə biləcəklər

image

Artıq “Enerji səməriliyi haqqında” qanun qəbul edilib. Hazırda "Bərpa olunan enejilər haqqında” qanun layihəsi hazırlanır.

“Berpaolunanenerji.az”ın məlumatına görə, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçiilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışı zamanı bildirib.

"Həmçinin, Energetika Nazirliyi normativ aktlar üzərində işləyir. Bu normativ aktlar hazırlandıqdan sonra insanlar öz evlərinin damlarında günəş panelləri yerləşdirə biləcəklər. Bunun üçün isə bir çox mexanizmlər təmin olunmalıdır. Bu məsələnin həlli isə hələ də elektrik enerjisinin qiymətləri ilə bağlıdır. Çünki Azərbaycanda elektrik enerjisinin qiymətləri nisbətrən aşağıdır və bunu çox ehtiyatla tənzimləmək lazımdır. Ancaq bununla belə, Azərbaycan enerji cəhətdən yoxsul ölkə deyil, enerji sərvəti olan ölkədir”, - deyə o bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *