Vüsal Qasımlı: "Bərpaolunan enerji potensialı Qarabağın yaşıl enerji zonasına çevrilməsinə zəmin yaradır"

image

“Qarabağ bölgəsində 0,5 qiqavat külək, 0,7 qiqavat su və qiqavat günəş enerjisi potensialı regionun yaşıl enerji zonasına çevrilməsinə zəmin yaradır".

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu "Report"a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Vüsal Qasımlı həmçinin bölgənin enerji potensialının yüksək olduğunu və bu enerjidən səmərəli şəkildə istifadənin yeni investisiya cəlbinə şərait yaradacağını qeyd edib:

"Xudafərin, Qız Qalası, Suqovuşan stansiyaları, həmçinin Kəlbəcər və Laçındakı kiçik su elektrik stansiyaları Qarabağ bölgəsinin ilkin enerji tələbatını ödəmək gücündədir. BP-nin Qarabağda yaşıl enerjiyə sərmayə yatırmaq niyyəti nəinki alternativ enerji sahəsinə, bütövlükdə Qarabağ bölgəsinə sərmayə cəlbinə əlavə təkandır”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *