"Xəzər-Avropa İttifaqı" Yaşıl Enerji Dəhlizi üzrə müzakirələr aparılıb

image

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Macarıstanın Xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Renewables.az xəbər verir ki, bu barədə azərbaycanlı nazir tviter hesabında bildirib.

"Xarici işlər və ticarət naziri Peter Siyarto ilə "Həmrəylik Halqası", "Xəzər-Aİ Yaşıl Enerji Dəhlizi" üzrə fəaliyyətimizə, ilin sonunadək Azərbaycandan Macarıstana qaz tədarükünə dair səmərəli müzakirələr apardıq", - nazir tvitində yazıb.

Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli və çoxtərəfli əsasda enerji tərəfdaşlığının inkişafından, Enerji üzrə İşçi Qrupu çərçivəsində bütün istiqamətləri əhatə edən əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edilib. Təbii qaz və “yaşıl enerji”nin tədarükü üzrə fikir mübadiləsi aparılıb. “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq Sazişin icra vəziyyəti nəzərdən keçirilib. Söhbət zamanı Xəzər dənizində “yaşıl enerji”nin istehsalını, bu enerjinin ötürülməsi üçün müxtəlif xətlərin, Qara dənizin dibi ilə kabelin çəkilməsini, bazarlara çatdırılmasını əhatə edən “yaşıl enerji” dəhlizi layihəsinin texniki iqtisadi əsaslandırması və digər zəruri tədbirlərlə bağlı geniş fikir mübadiləsi edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *