Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 7-ci iclası keçirilib.
Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, iclasda layihənin sürətli icrasında mühüm rola malik dörd ölkənin ötürücü sistem operatorları arasında Birgə Müəssisənin yaradılması ilə bağlı proseslərin tezləşdirilməsi vurğulanıb.
Tərəflər Birgə Müəssisənin Rumıniyanın paytaxtı Buxarestdə təsis olunması barədə qərar qəbul ediblər. Eyni zamanda, Birgə Müəssisənin üzvləri arasında Anlaşma Memorandumun tezliklə imzalanması razılaşdırılıb. Birgə Müəssisə ilə bağlı fəaliyyətdən irəli gələn məsələlərin həlli məqsədilə Katibliyə - Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə qısa müddətdə görüşün təşkili tapşırılıb.
Rəylər (0):