"Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizi üzrə birgə müəssisənin yaradılması üçün tender keçiriləcək

image

"Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizinin yaradılması çərçivəsində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya ötürücü sistem operatorları arasında birgə müəssisənin yaradılması üçün məsləhətçi hüquq şirkətinin müəyyənləşdirilməsi məqsədilə tender keçiriləcək.

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə qərar bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası çərçivəsində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclasında verilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *