Xəzərdə külək enerjisi potensialından "yaşıl hidrogen" istehsalı istiqamətində işlər görülür

image

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Moskva şəhərində keçirilən “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda iştirak edib. 

"Berpaolunanenerji.az" xəbər verir ki, bir sıra ölkələrin hökumət rəsmilərinin, beynəlxalq təşkilatlar və neft-qaz şirkətləri rəhbərlərinin, nüfuzlu tədqiqat və media nümayəndələrinin qatıldığı Forumda ənənəvi və bərpa olunan enerji mənbələrindən istifadə, energetika sahəsində beynəlxalq əməkdaşlığın yeni istiqamətləri, karbon neytrallığı, enerji keçidi və bir çox digər aktual mövzular müzakirə edilib.

Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə “yaşıl enerji”dən istifadənin genişləndirilməsi istiqamətində qəbul edilmiş strateji qərarlar və görülən işlərə diqqət çəkən nazir, xüsusilə dənizdə külək enerjisinin inkişafı üzrə mövcud potensial barədə məlumat verib. İlkin olaraq 157 QVt həcmində qiymətləndirilən texniki potensialın gələcəkdə “yaşıl hidrogen” istehsalına yönəldilməsi istiqamətində işlərin davam etdiyini qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *