Yanvar ayında Azərbaycanda elektrik enerjisi istehsalı artıb

image

2022-ci ilin yanvar ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2556,6 mln. kVt-saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 188,2 mln. kVt-saat, yaxud 7.9 faiz artması deməkdir.

Bu barədə "Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir.

Hesabat dövründə ötən ilin yanvar ayına nisbətən elektrik enerjisinin istehsalı SES-lərdə 3,4 mln. kVt-saat artaraq 81,6 mln. kVt-saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 5,5 mln. kVt-saat azalaraq 24,7 mln. kVt-saat olub.

Külək Elektrik Stansiyalarında (KES) 6,7 mln. kVt-saat, Günəş Elektrik Stansiyalarında (GES) 3,3 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 14,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Bu dövrdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2333,5 mln. kVt-saat (SES-lərdə 77,3 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 29,17 mln. kVt-saat (SES-lərdə 2,86 mln. kVt-saat, GES-də 3,04 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 3,82 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə 190,1 mln. kVt-saat təşkil edib.

Yanvar ayında elektrik enerjisinin ixracı 247,2 mln. kVt-saat olmaqla, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 72,1 mln. kVt-saat artıb.

Elektrik enerjisinin idxalı isə 10,7 mln. kVt-saat olmaqla, 2021-ci ilin müvafiq dövrünə nisbətən 0,3 mln. kVt-saat azalıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *