Yaponiyanın TEPSCO şirkəti Naxçıvanda "yaşıl enerji zonası"nın qurulması üzərində işləyir

image

Yaponiyanın TEPSCO şirkəti Naxçıvanda "yaşıl enerji zonası"nın qurulması planı üzərində işləyir.

Renewables.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe deyib.

Diplomatın sözlərinə görə, hazırda Yaponiyanın enerjiyə qənaət texnologiyalarının tətbiq ediləcəyi plan hazırlanır: "Bildiyimə görə, zəngin bərpa olunan enerji resurslarından və Yaponiyanın enerjiyə qənaət texnologiyalarının tətbiq ediləcəyi plan hazırlanmaqdadır".

K.Vatanabe qeyd edib ki, işğaldan azad edilən ərazilərdə bərpa olunan enerji və "ağıllı şəhər"lərin tətbiqini nəzərə alan elektrik enerjisi üzrə baş planı da 2021-ci ildə Yaponiyanın TEPSCO şirkəti hazırlayıb:

"Azərbaycan hökuməti Qarabağ bölgəsində yolların və elektrik yarımstansiyalarının tikintisi kimi regional yenidənqurma və inkişaf işləri ilə bərabər, sakinlərin geri qayıtması istiqamətində səyləri davam etdirir. Bu çərçivədə 2021-ci ildə Yaponiyanın TEPSCO şirkəti bu bölgələrdə bərpa olunan enerji və "ağıllı şəhər"lərin tətbiqini nəzərə alan elektrik enerjisi üzrə baş plan hazırlayıb. Yaponiya Azərbaycan hökumətinin regionu “yaşıl enerji zonası” kimi təyin etməsi və “sıfır tullantı” sisteminin tətbiqini hədəfləməsini dəstəkləyir. İqlim dəyişikliyi ilə mübarizədə həmfikir olan Yaponiya və Azərbaycan arasında müxtəlif məlumat mübadiləsi aparmaqla əməkdaşlıq etmək niyyətindəyik".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *