"Qusar-1" KSES 10 ildə 2,9 mln kVt-saat elektrik enerjisi istehsal edib

HİDRO

image

Ümumi qoyuluş gücü 960 kVt olan "Qusar-1" Kiçik Su Elektrik Stansiyası (KSES) hər biri 320 kVt olan 3 ədəd hidroaqreqatdan ibarətdir.

"Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, istismara verildiyi gündən cari ilin 1 dekabr tarixinədək stansiyada 2,9 mln kVt-saat elektrik enerjisi istehsal olunub.

Qeyd edək ki, 2012-ci ilin 20 dekabr tarixində “Qusar-1” kiçik Su Elektrik Stansiyasının açılışı olub.


 



OXŞAR XƏBƏRLƏR