"TotalEnergies" şirkəti ilə bərpaolunan enerji istiqamətində tədris proqramları müzakirə edilib

7 fevral 2023, 14:45 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Fransanın "TotalEnergies" şirkətinin Azərbaycandakı bərpaolunan enerji biznesinin inkişafı üzrə baş mütəxəssisi Çingiz Orucov Azərbaycan-Fransız Universitetində (UFAZ) olub. "Renewables.az" bu barədə UFAZ-a istinadən xəbər verir. UFAZ-ın İcraçı direktoru Vazeh Əskərov və Baş katibi Elizaveta Bydanova qonağa UFAZ-ın yaranma tarixi, tədris prosesi və elmi sahədə əməkdaşlıq barədə ətraflı məlumat verib. Tərəflər bərpa olunan enerji istiqamətində UFAZ-ın gələcək tədris proqramlarını müzakiə edib.