Cari ilin yanvar-fevral aylarında "Azərenerji" ASC üzrə su elektrik stansiyalarında 397,9 mln. kVt-saat enerji istehsal edilib.
Renewables.az Energetika Nazirliyinin yaydığı operativ məlumatlara istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 140 mln. kVt-saat və ya 54,3 faiz çoxdur.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda su elektrik stansiyalarının elektrik enerjisi istehsalı 1,5 dəfə artıb.