Ötən il Azərbaycanda bərpaolunan enerji mənbələrinin ümumi gücü 1 305 meqavat təşkil edib.
"Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, keçən il Azərbaycanda günəş enerjisi istehsalı üzrə göstərici 55,2 qiqavat-saat olub.
Hazırda “Masdar” şirkəti ilə 230 meqavat və bp şirkəti ilə işğaldan azad olunan ərazilərdə həyata keçiriləcək 240 meqavat gücündə günəş elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir.