"ASAN xidmət" mərkəzlərində günəş panelləri quraşdırılacaq

AZƏRBAYCAN
GÜNƏŞ

image

"ASAN xidmət"in 20 mərkəzində günəş panelləri quraşdırılacaq.

Renewables.az-a bu barədə "ARGES ENERGY TEAM" MMC-nin İdarə Heyətinin sədri Mehmet Özata məlumat verib.

Bildirilib ki, indiyə qədər 4 "ASAN xidmət" mərkəzində günəş panelləri quraşdırılıb. Daha 20 mərkəzdə günəş panellərinin quraşdırılması nəzərdə tutulur. Məlumata görə, 15 ildən sonra günəş panelləri mərkəzlərə təhvil veriləcək.

Qeyd edək ki, Türkiyənin "ARGES ENERGY" şirkətinin törəməsi "ARGES ENERGY TEAM" MMC 2023-cü ildə yaradılıb və şirkət "tik-idarə et-təhvil ver" modeli ilə fəaliyyət göstərir.



OXŞAR XƏBƏRLƏR