Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq

AZƏRBAYCAN

image

Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Çinin "China Datang Overseas Investment Co." şirkəti arasında ölkəmizdə "Yaşıl Enerji Sənaye Parkı"nın yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb.

Sənədi İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və "China Datang Overseas Investment Co." şirkətinin baş meneceri Yuanlong Zhou imzalayıblar.

Sözügedən Sənaye Parkının yaradılmasının əsas məqsədi bərpa olunan enerji və ekoloji texnologiyaların inkişafına töhfə verməkdən ibarətdir.



OXŞAR XƏBƏRLƏR