Azərbaycanın dəmir yollarında “yaşıl enerji” istehsal edilir

AZƏRBAYCAN

image

Yeni Biləcəri lokomotiv deposunda “yaşıl enerji” tətbiq olunur.

Renewables.az “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumata istinadla xəbər verir ki, deponun dam örtüyündə 307 ədəd günəş paneli quraşdırılıb. 2023-cü ilin ilk yarımilində 37 min kVt-saat elektrik enerjisi istehsal olunub.

Qeyd olunub ki, 10 min kubmetr təbii qaza qənaət edilib və 26 ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.


 



OXŞAR XƏBƏRLƏR