Azərbaycan 2030-cu ildə bərpa olunan enerji istehsalını 35,5 faizə çatdırmağı hədəfləyir

AZƏRBAYCAN

image

Azərbaycanın enerji balansında neft, qaz, bərpa olunan enerjinin yer almasını təşviq edən enerji siyasəti, müxtəlif marşrutları əhatə edən “yaşıl enerji dəhliz”ləri və bərpa olunan enerjinin elektrik enerjisinin istehsal gücündə 2030-cu ildə 35,5 %-ə çatdırmağı hədəfləyən layihələrdən bəhs edilib.

Renewables.az-ın Energetika Nazirliyinə istinadən xəbərinə görə, bunu nazir Pərviz Şahbazov “ExxonMobil” şirkətinin vitse-prezidenti John Ardill ilə görüşdə bildirib.

Bildirilib ki, Xəzər dənizinin Azərbaycan seqmentindəki külək enerjisi potensialı Avropa ölkələrinin enerji ehtiyaclarını qarşılamaq üçün alternativ bir mənbə kimi təklif olunur. Bərpa olunan enerjinin daha da inkişaf etdirilməsi məqsədilə batareya sistemləri və saxlama texnologiyalarına diqqət yetirilir. Həmçinin hidroakkumulyasiya sistemləri üzərində işlər aparılır.

Söhbət zamanı müasir enerji reallıqları və enerji təhlükəsizliyi ilə bağlı qlobal çağırışlar barədə də fikir mübadiləsi aparılıb.



OXŞAR XƏBƏRLƏR