Azərbaycan 2023-cü ilin 1 iyul tarixindən etibarən 2 il müddətinə (iyul, 2023 – iyul, 2025) Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Enerji üzrə İşçi Qrupunda ölkə-əlaqələndiriciliyi funksiyasını öz üzərinə götürüb.
Renewables.az Azərbaycanın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov QDİƏT-nin Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında 46-cı iclasında bildirib.
Nazir işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasının, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğunu beynəlxalq nəqliyyat və kommunikasiya bağlantılarının, habelə Zəngəzur dəhlizinin yaradılmasının müsbət təsirlərini diqqətə çatdırıb.