Azərbaycanda su elektrik stansiyalarının istehsalı 1,5 dəfə artıb

AZƏRBAYCAN
HİDRO

image

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın su elektrik stansiyalarının (SES) elektrik enerjisi istehsalı 411,7 mln. kVt-saat təşkil edib.

Renewables.az elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 143,4 mln. kVt-saat və ya 1,5 dəfədən çox artıb.

Hesabat dövründə "Azərenerji" ASC üzrə SES-lərdə 397,9 mln. kVt-saat, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə SES-lərdə 12,3 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.



OXŞAR XƏBƏRLƏR