Bu ilin birinci rübündə Azərbaycanın su elektrik stansiyalarının (SES) elektrik enerjisi istehsalı 669,6 mln. kVt-saat təşkil edib.
Renewables.az Energetika Nazirliyinin açıqladığı elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 230,3 mln. kVt-saat və ya 52,4 dəfədən çox artıb.
Hesabat dövründə "Azərenerji" ASC üzrə SES-lərdə 645,1 mln. kVt-saat, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə SES-lərdə 21,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.