Bərpa olunan enerji istehsalçısı ilə bağlanacaq müqavilələr və şərtləri məlum olub

AZƏRBAYCAN

image

Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısı ilə bağlanacaq müqavilələr və müqavilələrin şərtləri məlum olub.

Renewables.az xəbər verir ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası"nın 3-cü bəndində öz əksini tapıb.

Qaydaya əsasən, Energetika Nazirliyi ilə istehsalçı arasında investisiya müqaviləsi, zəmanətli alıcı ilə istehsalçı arasında elektrik enerjisinin satınalma müqaviləsi, elektrik stansiyasının qoşulacağı şəbəkədən asılı olaraq, dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi ilə istehsalçı arasında elektrik şəbəkəsinə qoşulma müqaviləsi imzalanacaq.


 



OXŞAR XƏBƏRLƏR