Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi rəsmi hesabatını dərc etdi

HESABATLAR

image

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) "Şəhərlər üçün bərpa olunan enerji siyasətləri" adlı hesabatını dərc edib.

Bu barədə "Berpaolunanenerji.az"a IRENA-dan məlumat verilib.

Hesabatda bildirilir ki, 1950-ci ildə dünya əhalisinin 30 %-i şəhərlərdə yaşayırdısa, 2018-ci ildə bu göstərici 55 %-ə bərabər olub. BMT-nin açıqlamasına görə, 2050-ci ildə bu göstərici 68 %-ə bərabər olacaq.

Havaya buraxılan karbon emissiyasının 70 %-i şəhərlərdən formalaşır. Həmçinin qlobal enerjinin 70 %-i şəhərlərdə istehsal olunur.

Rəsmi sənəddə Çin, Uqanda, Kosta-Rika şəhərlərində bərpa olunan enerjinin inkişafı, təbliğində əsas mövzular yer alır və həllər təklif edilir.



OXŞAR XƏBƏRLƏR