Kəlbəcərdəki KSES-lərdə istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

25 avqust 2026, 11:17 (UTC+4)
ÖLKƏ HİDRO YAŞIL ENERJİ ZONASI
EDITOR
image
"Soyuqbulaq" Kiçik Su Elektrik Stansiyası | © President.az

İstifadəyə verildiyi tarixdən bu ilin iyul ayınadək Kəlbəcər rayonunda Tərtər çayının üzərində yerləşən "Çıraq-1" kiçik su elektrik stansiyasında (KSES) 65,6 milyon kVts, "Soyuqbulaq" KSES-də 61 milyon kVts, Qaraarxac çayı üzərində yerləşən "Çıraq-2" KSES-də isə 57 milyon kVts elektrik enerjisi istehsal edilib.

Renewables.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, su elektrik stansiyalarının fəaliyyəti "yaşıl enerji"nin inkişafına töhfə verməklə yanaşı, istixana effekti yaradan qazların emissiyasını azaltmağa və ətraf mühitin qorunmasına xidmət edir.

Qeyd edək ki, 25 avqust 2023-cü il tarixində Kəlbəcər rayonunda Tərtər çayının üzərində 8,33 MVt gücündə "Çıraq-1" KSES və 5,3 MVt gücündə "Soyuqbulaq" KSES, Qaraarxac çayı üzərində isə 6 MVt gücündə "Çıraq-2" KSES istismara verilib.