"Mişni" və "Alxaslı" KSES-lərdə istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

25 avqust 2026, 12:23 (UTC+4)
ÖLKƏ HİDRO YAŞIL ENERJİ ZONASI
EDITOR
image
© President.az

Fəaliyyətə başladığı tarixdən cari ilin iyul ayınadək Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən "Mişni" Kiçik Su Elektrik Stansiyasında (KSES) 64,3 mln.kVts, "Alxaslı" KSES-də isə 42,2 mln.kVts elektrik enerjisi istehsal edilib.

Renewables.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, 8,25 MVt gücündə “Mişni” və 6 MVt gücündə “Alxaslı” kiçik su elektrik stansiyaları 25 avqust 2023-cü il tarixində istismara verilib.