Latviyada 115 MVt gücündə günəş elektrik stansiyası inşa ediləcək

GÜNƏŞ

image

Danimarkanın bərpa olunan enerji şirkəti "European Energy" enerji şirkəti Latviyada 115 MVt qoyuluş gücü olan günəş elektrik stansiyası tikəcək.

Renewables.az-ın xarici mətbuata istinadən məlumatına görə, Latviyanın Saldus bölgəsindəki Broceni şəhəri yaxınlığında tikiləcək stansiya 2025-ci ilə qədər milli elektrik paylayıcı şəbəkəyə qoşulacaq.

Məlumata görə, stansiya 57 min ev təsərrüfatının elektrik enerjisinə olan ehtiyacını qarşılaya biləcək.


 



OXŞAR XƏBƏRLƏR