Milli Məclisə “Energetika haqqında” yeni qanun layihəsi daxil olub.
Renewables.az-ın “Report”a istinadən xəbərinə görə, layihə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.
Müzakirələrdən sonra layihənin Milli Məclisin plenar iclasına tövsiyə olunması gözlənilir.