Cari ilin yanvar-mart ayları ərzində Naxçıvanda su elektrik stansiyalarında (SES) elektrik enerjisinin istehsalı 21,7 milyon kVt·st olub.
Renewables.az Energetika Nazirliyinin yaydığı operativ məlumatlara istinadən xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 milyon kVt·st və ya 40,9 % çoxdur.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın SES-lərində elektrik enerjisi istehsalı 669,6 mln. kVt-saat təşkil edib.