Naxçıvanda 25 MVt gücündə "Şəms 1" GES layihəsi üzrə müqavilələr imzalanıb

23 fevral 2026, 13:41 (UTC+4)
ÖLKƏ GÜNƏŞ YAŞIL ENERJİ ZONASI
EDITOR
image

Azərbaycan Respublikası Hökuməti və “Azərenerji” ASC ilə “CEI Nakhchivan” MMC arasında Naxçıvan Muxtar Respublikasında 25 MVt gücündə “Şəms 1” Günəş Elektrik Stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. 

Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Şirkətlərlə stansiyalar üzrə investisiya müqavilələri Azərbaycan Respublikası Hökuməti adından energetika naziri Pərviz Şahbazov, enerji alqı-satqı və ötürücü şəbəkəyə qoşulma müqavilələri isə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev tərəfindən imzalanıb.

Renewables.az