İngiltərədə bütün yeni tikililərdə günəş panellərinin quraşdırılması məcburi olacaq

DÜNYA
GÜNƏŞ

image

İngiltərədə tikiləcək bütün yeni evlərdə 2027-ci ildən başlayaraq günəş panellərinin quraşdırılması məcburi olacaq.

Renewables.az “Guardian”a istinadla xəbər verir ki, yeni siyasətə əsasən, ev tikən şirkətlər 2027-ci ildən etibarən hər yeni evin damına günəş panelinin quraşdırılması qanuni şəkildə məcbur ediləcək.

Bildirilib ki, bu barədə hökumət yaxın günlərdə rəsmi açıqlama verəcək. Günəş panellərinin quraşdırılması orta hesabla hər evin tikinti xərclərinə əlavə 3-4 min funt sterlinq xərc gətirsə də, sakinlərin illik enerji xərclərini min funtdan çox azaldacağı gözlənilir.

Hökumət mövcud evlərə də günəş paneli quraşdırmaq üçün dövlət tərəfindən maliyyələşdirilən kredit və qrant proqramları üzərində işləyir.



OXŞAR XƏBƏRLƏR