Pərviz Şahbazov: "Yaşıl Enerji Məşvərət Şurasının iclasında Azərbaycanla tərəfdaşlığa yüksək siyasi dəstək və böyük maraq ifadə edilib"

3 fevral 2023, 15:32 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Yaşıl Enerji Məşvərət Şurasının iclasında Xəzər dənizinin yaşıl enerjisinin Avropaya ötürülməsi, yaşıl enerji və hidrogen tədarükündə Azərbaycanla tərəfdaşlığa yüksək siyasi dəstək və böyük maraq ifadə edilib. "Renewables.az" xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün tviter hesabında bildirib.