Qarabağ və Şərqi Zəngəzurdakı su elektrik stansiyalarında bu günə qədər 1,5 milyard kVts yaşıl enerji istehsal olunub, 335 milyon kubmetr qaza qənaət edilib, 620 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Su elektrik stansiyaları azsulu dövrdə 80 MVt, bolsulu dövrdə isə 200 MVt-dan artıq gücdə 24 saat fasiləsiz yaşıl enerji istehsal edir.