Renewables.az saytının fəaliyyətə başlamasından 3 il ötür

AZƏRBAYCAN

image

Renewables.az informasiya saytının fəaliyyətə başlamasından 3 il ötür.

Portal xəbərlərin etibarlı bir mənbədən əldə olunmasını təmin etmək və bərpa olunan enerji sahəsində məlumat azlığını qismən də olsa aradan qaldıraraq bu sahənin inkişafına töhfə vermək məqsədilə yaradılıb. Bərpa olunan enerji sahəsi üzrə ilk ixtisaslaşmış informasiya portalında Azərbaycanda və dünyada baş verən ən vacib xəbərlər dərc olunur.

Xəbərlər birbaşa rəsmi mənbələrə, etibarlı informasiya agentliklərinə istinad edilərək dərc olunur. Saytda hesabatlar, statistikalar, müsahibələr, məqalələr və elanlar, o cümlədən mənbələr bölməsində bərpa olunan enerji mənbələri - günəş, külək, hidro, bio, geotermal və dalğa enerjisi üzrə xəbər və məlumatlar yayımlanır. Bundan əlavə, elektromobillik, dayanıqlılıq, enerji saxlanc sistemi üzrə xəbərlər eyniadlı bölmələrdə oxuculara çatdırılır.

Renewables.az Türkiyə, Belçika, Çin, İndoneziya, Birləşmiş Krallıq, Vyetnam, ABŞ, Almaniya, Portuqaliya, Avstraliya, Yunanıstan, Sinqapur, Polşa, Çili, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya və Rumıniyada keçirilən 55-dən çox tədbirin media tərəfdaşı olaraq informasiya dəstəyi göstərir.

Fəaliyyətə başladığı gündən indiyədək saytda 3,500-dən çox "yaşıl" xəbər dərc olunub. Portal Azərbaycanın 17-ci və 18-ci Milli İnternet Mükafatının (NETTY 2022 və 2023) nominantı seçilib. 

Renewables.az qısa zamanda geniş oxucu və izləyici kütləsi qazanıb və Azərbaycanın yaşıl enerji sektoru üzrə etibarlı xəbər saytı olmağı hədəfləyir. 



OXŞAR XƏBƏRLƏR