Renewables.az xəbər saytının fəaliyyətə başlamasından 4 il ötür.
Portal xəbərlərin etibarlı bir mənbədən əldə olunmasını təmin etmək və sahənin inkişafına töhfə vermək məqsədilə yaradılıb. Bərpa olunan enerji sahəsi üzrə ixtisaslaşmış ilk informasiya portalında Azərbaycanda və dünyada baş verən ən vacib xəbərlər dərc olunur.
Renewables.az saytı yerli və beynəlxalq tədbirlərin etibarlı media tərəfdaşıdır. Xəbər saytı indiyədək 20-dən çox ölkədə keçirilən 70-dən çox tədbirə media tərəfdaşı olaraq informasiya dəstəyi göstərib. 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində, Azərbaycanın yaşıl enerji gündəliyinin beynəlxalq miqyasda təbliği və oxucu auditoriyasını genişləndirmək məqsədilə xəbər saytının ingilis, rus və türk dillərində xidmətləri fəaliyyətə başlayıb.
Renewables.az qısa zamanda geniş oxucu kütləsi qazanıb və Azərbaycanın yaşıl enerji sektoru üzrə etibarlı xəbər saytı olmağı hədəfləyir.