Rumıniya Azərbaycanla yaşıl enerji layihəsinin maliyyələşdirilməsi üzrə danışıqlar aparıb - Nazir

3 fevral 2023, 18:01 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Rumıniya Azərbaycanla yaşıl enerji layihəsinin maliyyələşdirilməsi üzrə şirkətlərlə artıq danışıqlar aparıb. "Renewables.az" xəbər verir ki, bu barədə Rumıniyanın energetika naziri Virgil Daniel Popesku Trend-ə özəl müsahibəsində deyib. O, Rumıniya, Azərbaycan, Gürcüstan və Macarıstanın 2022-ci il dekabrın 17-də yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzaladıqlarını xatırladıb.