Varvara SES-də indiyədək istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

AZƏRBAYCAN
HİDRO

image

Varvara Su Elektrik Stansiyasında indiyədək istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb.

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bəndönü tipli su elektrik stansiyasında istismara verildiyi tarixdən bu ilin aprel ayınadək 5 094,5 mln. kVt·st, yenidənqurmadan sonrakı dövrdən indiyədək isə 638,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Məlumata görə, hər birinin gücü 5,65 MVt olan 3 hidroaqreqatdan ibarət stansiyanın ümumi gücü 17 MVt təşkil edir.

Qeyd edək ki, 1954-1957-ci illərdə Yevlax rayonunun Varvara kəndində tikilərək istifadəyə verilmiş Varvara Su Elektrik Stansiyası 2017-ci ilin 16 aprel tarixində yenidənqurmadan sonra istismara verilib.

Xeberinfo.Az


OXŞAR XƏBƏRLƏR